Bakının Pirallahı rayonunda 44 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Məmmədov İlqar Gülməmməd oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.