Şabran rayonunun Padar kəndində bıçaqla oynayan azyaşlı ağır xəsarət alaraq ölüb.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə oynayarkən ehtiyatsızlıqdan öz boğazına xəsarət yetirib.

Nəticədə azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.