“Buena Vista Sosial” klubunun trubaçısı Manuel "Quajiro" Mirabal 91 yaşında vəfat edib.

Sizinxeber.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Kuba Musiqi İnstitutu məlumat yayıb.

Qeyd edək ki, Mirabal 1933-cü ildə Kubada anadan olub. Dünya şöhrətli ifaçı müxtəlif orkestrlərin solisti olub.