Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Hacıqabul yolunda baş verib.
“Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.