Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
“Sizinxeber.az” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini noyabrın 22-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə, 74 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 22-də, saat 17:45-da qeyd olunan ünvanda baxılacaq.