"Telegram" Ukrayna ərazisində "Russia Today" hesabını bloklayıb.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Ukrayna mediasına istinadən məlumat yayıb.

"Bu kanala yerli qanunveriliciyi pozduğuna görə giriş bağlanıb", - deyə kanala daxil olmaq istəyərkən yazılan bildirişdə qeyd olunub.