Sumqayıt şəhərində qadın dəm qazından boğulub.

“Report”un yerli bürosunun məljmatına görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, 1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.