Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda Kiprin “Parnassos Strovolu” komandasına qarşı keçirdiyi ikinci oyunda qələbə qazanıb.

“Sizinxeber.az”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan klubunun 32:29 hesablı üstünlüyü ilə başa çatıb.

Komada bu qələbədən sonra Avro Kubokunun III raunduna vəsiqə əldə edib.

Qeyd edək ki, komandalar arasında ilk oyun "Kür"ün 35:31 hesablı qələbəsi ilə nəticələnmişdi.