Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Buzovna” Fizioterapiya Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, AHİK-in və üzv təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə fizioterapiya mərkəzinə baxış olub.

Məlumat verilib ki, mərkəzdə 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var.