Salyan sakinini cərəyan vuraraq öldürüb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeyd alınıb.

Qaraçala kənd sakini 1993-cü il təvəllüdlü Ağarzayev Şəmsəddin Mehman oğlu həyətyanı sahəsində iş görərkən elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.