Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan cəsədin kimə məxsus olması müəyyənləşib. Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, meyitin 1995-ci il təvəllüdlü Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.