Tərtərdə baş verın qəza zamanı 4 nəfər xəsarət alıb və xəsarət alanların kimliyi məlum olub.

APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə xəsarət alanlar Seydimli kənd sakini, 1973-cü il təvəllüdlü Bayramov Nağı Qəşəm oğlu, Ələsgərli kənd sakini, 2020-ci ilə təvəllüdlü Mirzəliyev Tural Sərxan oğlu, Ələsgərli kənd sakini, 1995-ci ilə təvəllüdlü Mirzəliyeva Nüranə Xankişi qızı, Seyidimli kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədli Yusif Çingiz oğludur.

Qeyd edək ki, yaralıların hamısı Tərtər rayon sakinləridir.

***

21:59

Tərtərdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, qəzada “VAZ 2107”, ”VAZ 21011” və “LADA 110” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.