Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində avtomobildə baş vermiş insidentdən sonra qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Partlayıcı qurğunun avtomobilin altına qoyulduğu bildirilir.

Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin olunacaq.