Oğuzda yol qəzası olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Məhəmməd Rəhmətovun idarə etdiyi avtomobilin qarşısına iribuynuzlu heyvan çıxması səbəbindən qəza baş verib. Qəza zamanı sürücü M. Rəhmətov və avtomobildə olan hələlik kimliyi məlum olmayan iki nəfər İran vətəndaşının xəsarət aldığı bildirilir.
Hər üç şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.