Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin sentyabr ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.
"Sizinxeber.az-Economics" AMB-yə istinadən xəbər verir ki, 2024-cü ilin sentyabr ayında Azərbaycanda ən çox şikayət edilən bank 8.21 indeksi ilə "Bank Avrasiya" seçilib.
Qeyd edək ki, “Bank BTB” siyahıda ikinci ( 4.28 indeksi), “TuranBank” isə üçüncü (3.65 indeksi) olub. Digər banklar üzrə göstəricilər isə aşağıdakı kimidir:
