İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqinə bir sıra zərbələr endirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail hərbi aviasiyası Baalbek şəhərinin şimalında yerləşən Makna və Yunin yaşayış məntəqələri yaxınlığındakı hədəflərə hücum edib.
Hücumla bağlı başqa təfərrüatlar hələlik verilməyib.