İsrail İranın Suriyadakı səfirliyi yaxınlığına hava zərbələri endirib.
Sizinxeber.az xəbər verir ki, İsrail Suriyanın paytaxtı Dəməşqin Məzzə bölgəsindəki yaşayış binasına hava zərbələri endirib.
“Tasnim”in məlumatına görə İsrailin İranın Dəməşqin Məzzə bölgəsində yerləşən səfirliyi yaxınlığına hücumu zamanı15 nəfər yaralanıb.
“Al Hadath” telekanalı isə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə yaşayış binasını vurması nəticəsində azı 4 nəfərin həlak olduğunu yazıb.