Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

APA xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.

Fakt araşdırılır.