Azərbaycanda ictimai binalarda enerji effektivliyinin təmin edilməsi xərclərə 154 milyon dollar qənaət etməyə imkan verir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Dünya Bankının nümayəndəsi Yasəmən Orucova deyib.

O bildirib ki, enerji effektivliyinin təmin edilməsi elektrik enerjisi istehsalı üçün sərf edilən təbii qazın ixraca yönəlməsinə təsir edə bilər. Bu isə təbii qaz ixracına 3,4% əlavə töfhə verməklə gəlirləri 509 milyon dollar artıra bilər.