Bu ilin sonuna qədər Bakıda Azərbaycanın qış turizminin təbliğinə və inkişafına dair beynəlxalq konfrans keçiriləcək.

“Sizinxeber.az” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, konfransda 100-150 nəfərin iştirakı planlaşdırılır. Qonaqların agentliyə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC-yə səfəri planlaşdırılır.