Ermənistanın keçmiş baş prokuroru Aqvan Hovsepyan və onunla əlaqəli şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəməyə müraciət olunub.

Sizinxeber.az-nın xəbərinə görə, sözügedən addımı Ermənistan Baş Prokurorluğu atıb.

Dövlətin balansına keçirilməsi nəzərdə tutulan əmlak və aktivlərin siyahısında 29 ədəd daşınmaz əmlak, 8 hüquqi şəxsdə iştirak payını təsdiqləyən sənədlər, eləcə də 6 milyon 643 min ABŞ dolları məbləğində vəsait yer alıb.