“Hizbullah” Hayfa şəhərinin cənubunda İsrailin Karmel hərbi bazasının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş məlumatda ​​deyilir.

“İslam müqavimət bölmələri, Karmel bazasında düşmən qüvvələrinə zərbə endirərkən “Fadi-1” yer-yer raketlərindən istifadə edib. Bundan əvvəl pilotsuz təyyarələr Hayfa ərazisindəki İsrail ordusunun təmir bazasına və partlayıcı maddələrin istehsalı müəssisəsinə hücum edib”.