Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Aşıqlı kəndində iki avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.