Lənkəran rayonu M.Bağırov adına Girdəni kənd ümumtəhsil məktəbi hazırda acınacaqlı vəziyyətdədir. Məktəbin binası uzun müddətdir ki, təmir olunmadığı üçün ciddi problemlərlə üz-üzədir. Dam örtüklərinin köhnəlməsi, sinif otaqlarının çatlaması və qış aylarında istilik sisteminin olmaması kənd sakinlərini narahat edir. Məktəbin belə bir vəziyyətdə olması, orada təhsil alan uşaqların gələcəyini təhlükə altına salır.
Uşaqlar qışda soyuq siniflərdə dərs keçməyə məcbur qalır, yağışlı havalarda isə damdan su damması problemlərə yol açır. Təhsil üçün lazımi şəraitin olmaması, gələcəyimizin təməli olan uşaqlarımızın inkişafını ləngidir.
"Uşaqlar bizim gələcəyimizdir. Biz onlara gözəl təhsil vermək istəyirik, amma məktəbimiz bu halda olduğu müddətdə bu çox çətin görünür. Dövlət qurumlarından və aidiyyəti orqanlardan bu problemi tez bir zamanda həll etmələrini xahiş edirik."
Girdəni kəndindəki məktəbin təmir olunması və tədris üçün lazımi şəraitin yaradılması, kənd sakinlərinin ən böyük arzularından biridir. Ama görünür bu barədə mövzunu dilə gətirən yoxdur.Təhsil hər bir uşağın haqqıdır, və bu haqqın təmin edilməsi üçün təcili addımlar atılmalıdır. Uşaqlarımızın gələcəyini qorumaq və onlara layiqli təhsil vermək üçün bu vəziyyətə biganə qalmamaq lazımdır.
Ümid edirik ki, məsələ ilə bağlı rəsmi qurumlar tədbirlər görəcək və məktəbin təmir olunaraq normal təhsil şəraiti yaradılacaq.
Şəkillər tezbir zamanda əlavə olunacaq
Sizinxeber.Az