"Mançester Yunayted" Harri Maquayrla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" müdafiəçinin çıxışından razıdır.

Klub onunla müqaviləni yeniləməyi planlaşdırır. Rəhbərlik 31 yaşlı futbolçunun sözləşməsini 1 il müddətinə uzadacaq.

Qeyd edək ki, Maquayrın hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.