Türkiyənin Ankara şəhərində Milli Kəşfiyyat İdarəsi (MİT) və polis birgə əməliyyat keçirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 8 ildir axtarılan FETÖ-çü Mustafa Karatay evində saxlanılıb. Terrorçunun evindəki bütün rəqəmsal vasitələr götürülüb.

Qeyd edilib ki, o, FETÖ-nün əsas üzvlərindən biri olub.

Məlumata görə, M.Karatay 15 iyul çevriliş cəhdinin təşkilatçılarından biri olub.

Başqa bir məlumata görə, İstanbulda da FETÖ-yə qarşı əməliyyat keçirilib. 14 fərqli ünvanda eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 6 şübhəli şəxs saxlanılıb.