Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vurduğu piyada ölüb.

Sizinxeber.az xəbər verir ki, hadisə yolun Zeynalabdin Tağıyev adına qəsəbədən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada; 1950-ci il təvəllüdlü İslamov Rasim Şahvələd oğlunu “Toyota” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.