Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq. Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.