Üç ay davam edən abunə yazılışı dövründə ABB səhmlərinə 33 mindən artıq investor 50 mindən artıq sifariş yerləşdirdi.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın səhmlərinin emissiyasının nəticələri ilə bağlı brifinqdə deyib.

O bildirib ki, ABB səhmdarlarının sayı 1794 dən 35105 nəfərə yüksəlib. Səhmdarların 71%-i kişilər, 29%-i isə qadınlardır.