Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un məlumatına görə, 1994-cü il təvəllüdlü Məmmədov Fərid Eyvaz oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.