Biləsuvar rayonunda bu il arı ailələrinin sayı artıb.

Bu barədə "Sizinxeber.az"un yerli bürosuna Arıçıların rayon təşkilatının sədri Gülağa Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu il arı ailələrinin sayı 100-dən çox artaraq, 1 400-ü ötüb.

Təşkilat sədri həmçinin qeyd edib ki, may-iyun aylarında havaların yağıntılı keçməsi həm bəzi arı ailələrin məhv edib, həm də balın məhsuldarlığını aşağı salıb.

Qeyd edək ki, Biləsuvar rayonunda hazırda 118 nəfər arıçılıqla məşğuldur.