Biləsuvarda yol qəzası baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisində, məcburi köçkünlər üçün salınan 7 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılııb.

Qəzada avtomobildə olan sərnişin Cəbrayıl rayon sakini, 1967-ci il təvəllüdlü Kərim Cəmil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

K.Məməmdov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.