Avropa Parlamenti Venesuela Prezidenti Nikolas Maduronun həbsinə beynəlxalq order verməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə qətnamə qurumun iclasında qəbul edilib.

Sənəddə bildirilib ki, Avropa İttifaqına daxil olan ölkələr Venesuela müxalifətinin lideri Edmundo Qonsales Urrutiyanı adı çəkilən dövlətin prezidenti kimi tanımalıdır.