Abşeron rayonunda 56 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report.az"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Abdullayev Cəfər Həmid oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.