Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.