Ağcabədidə iki minik avtomobilin toqquşması nəticəsində ağır yaralanan azyaşlı uşaq Bakıya gətirilib.

“Report” xəbər verir ki, 2012-ci il təvəllüdlü N.Ş-nin müalicəsinin Bakıda davam etdirilməsi barədə qərar qəbul edilib.

Nəticədə paytaxta gətirilən azyaşlıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib.