Göygöldə iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, bıçaqlan şəxslər əmioğullarıdır.

Onları əmioğularından birinin qaynatası bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaları cəlb olunub.


***
22:11

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

İki nəfər bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilən şəxslər 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov və 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucovdur.