"Orta Dəhlizin Azərbaycan üzərindən "Bir kəmər, bir yol" təşəbbüsü ilə də uyğunlaşdırılmasını istəyir və bu çərçivədə təşkilat daxilindəki əməkdaşlığa böyük önəm veririk".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə təşkilat coğrafiyasının Qərb bazarlarına çıxışı nöqtəsində, xüsusilə də enerji dəhlizlərinin diversifikasiyası və geopolitik risklərin idarə olunmasında kritik rol oynayır.
Ərdoğan qeyd edib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə hər sahədə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək.
"İqlim dəyişikliyi, qeyri-qanuni miqrasiya, terrorizm, transmilli cinayətlər və ərzaq təhlükəsizliyi kimi məsələlər artıq bir çox ölkə üçün təhlükə mənbəyidir. Türkiyə olaraq iqlim dəyişikliyinin müxtəlif coğrafiyalara mənfi təsirləri ilə mübarizədə üzərimizə düşəni etməyi hədəfləyirik. Bu məqsədlə 11-12 noyabr 2026-cı il tarixlərində Antalyada COP31 Sammitinə ev sahibliyi edəcəyik" - deyə Ərdoğan qeyd edib.