Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışlar daşqınlarla nəticələnib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə “Hindistan Tayms” məlumat yayıb.

Hadisə nəticəsində ölənlərin sayı 41-ə yüksəlib. Daşqınlar ştatın 25 rayonunda 727 mindən çox insana təsir edib. 100-dən çox şəxsin itkin düşdüyü və ölənlərin sayının arta biləcəyi bildirilib.