Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunub.

Sizinxeber.Az Report-a istinadla xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, E.Məmmədxanlı bu vəzifəyə 2023-cü ilin sentyabr ayında təyin edilmişdi.