Yevlax rayonunda 26 yaşlı kişi kanalda boğulub.

Axar.az xəbər verir ki, hadisə bu gün rayonun Malbinəsi kəndi ərazisində baş verib.

Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən batıb.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib, hazırda axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.