Süni intellekt vasitəsilə şəxsin razılığı olmadan onun səsi və görüntüsündən istifadə etmək cinayət məsuliyyəti yaradır.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, süni intellektlə yaradılan məzmunun üzərində nişanlanma nəzərdə tutulmalıdır:
"Əks təqdirdə nişan olmadan kontentin yayılması məsuliyyət yaradır".