"İdrak" liseyində baş verən insidentdə istifadə edilən silahın sahibi barəsində cinayət təqibi aparılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini-Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, məsələnin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Faktla bağlı cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.