"Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfrans çərçivəsində "Qayıdış və regionun yeni sülh arxitekturası" adlı panel sessiya keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, paneldə çıxış edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damjan Mišković deyib ki, dünyada hazırda baş verən müharibələr hər kəsə təsir edir.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım vurğulayıb ki, doğma torpağında didərgin düşmək bütün insanlar üçün ağır durumdur.

Şamil Ayrım Azərbaycan-Ermənistan arasında sülh prosesinə toxunaraq qeyd edib ki, sülh önəmlidir:

"Azərbaycan bu yöndə hərtərəfli addım atır. Beynəlxalq qanunlar da Qərbi Azərbaycana qayıdışı təsdiqləyir. Hazırda iki ölkə arasında sülh prosesində müsbət addımlara doğru irəliləyir. Azərbaycan və bölgə xalqları da bu sülhdən faydalanacaq. Bu səbəbdən sülh önəmlidir".

Qərbi Kaspi Universitenin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Şiraz Mehmood Xan Qeyd edib ki, Azərbaycan dünyanın müxtəlif sahələrində ticari fəaliyyətini həyata keçirir:

O qeyd edib ki çox mühüm bir yüksələn güc olan Azərbaycan, əslində, həm də bir keçid nöqtəsidir və Asiya ilə Qərbin kəsişməsində yerləşir:

"Azərbaycan təkcə Qərb ölkələrini enerji ilə təmin etmir və ya onlara bağlantı imkanları yaratmır. Azərbaycanda baş tutan böyük tədbirlər göstərir ki, bu ölkə yalnız yaxşı bir orta güc deyil, eyni zamanda dünyanın çox vacib ekoloji problemlərinə və şəhərsalma ilə bağlı mühüm məsələlərə də diqqət yetirir".

YENİLƏNİR

BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh yönündə önəmli addımlar atdı:

" Sülhün özü ədalət deməkdir. Biz istəyirik ki, sülh uzunmüddətli olsun. Biz təhlükəsizliyi zəmanət altına almalıyıq".

Sessiya sual-cavabla davam edib.