Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, sakin, 5 yaşlı O.Zamanov kənd ərazisində olan su anbarına düşərək boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.