Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rossbax bəyan edib.

Onun adından bəyanatı Un-Habitat-ın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də oxuyub.

A.Rossbaxın sözlərinə görə, ekoloji davamlılıq adekvat mənzil təminatına sadəcə sonradan edilən əlavə deyil: "Bu, getdikcə onun ayrılmaz və mühüm bir ölçüsünə çevrilir. Sakinlərini istidən, daşqınlardan və ya toksik materiallardan qorumayan, geri dönüşü olmadan məhdud resursları istehlak edən, icmaları öz təbii və mədəni mühitindən ayıran bir ev adekvat mənzil deyil. Bu gün formalaşdırdığımız tövsiyələr mənzil sistemlərimizin tələb etdiyi siyasət islahatlarının əsasını təşkil edəcək".