"WUF13 üçün 165 tərcüməçi xaricdən dəvət olunub".

Sizinxeber.az apa-ya istinadən xəbər verir ki, bunu mediatur zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İcraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, forumda işarət dili ilə izah da mövcuddur:

"WUF13 çərçivəsində 14 otaqda media üçün canlı yayım mövcud olacaq. Xaricdə olan və qeydiyyatdan keçmiş istənilən şəxs hibrid şəkildə WUF13 sessiyasına qoşula biləcək".