Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Sizinxeber.Az xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, Azərbaycandan keçməklə Ermənistana alüminium göndərilməsi ilk dəfədir.