09:44

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib.

Bu barədə Sizinxeber.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 4 vaqondan ibarət, çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 420 ton olan taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, bundan əvvəl mayın 4-də 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Ümumilikdə indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.