WUF13 zamanı bölgələrdən Bakıya gələn nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulmur.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
Onun sözlərinə görə, yalnız WUF13 tədbirinin açılışı günü - 18 may tarixində Lökbatan qəsəbəsi istiqamətindən şəhərə girişlərə müvəqqəti məhdudiyyət tətbiq edilə bilər. Bu zaman həmin nəqliyyat vasitələri başqa istiqamətlərə yönləndiriləcək.